ŞƏRTLƏR VƏ QAYDALAR

ÜMUMİ QAYDALAR VƏ ŞƏRTLƏR

www.makulatura.live veb-səhifəsindən istifadə etməklə siz aşağıdakı “Şərtlərə” və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tənzimlənən bütün mövcud qanun və qaydalara riayət edəcəyinizi açıq şəkildə bildirirsiniz. 

TİCATƏR NİŞANLARI

www.makulatura.live veb-səhifəsində olan loqotiplər www.makulatura.live  veb-səhifəsinə və “STEREO AGENCY” MMC-yə məxsus qeydiyyatdan keçmiş əmtəə nişanlarıdır və heç bir halda “STEREO AGENCY” MMC şirkətinin qabaqcadan yazılı icazəsi olmadan istifadə edilə bilməz.

MÜƏLLİFLİK HÜQUQU

Bu veb-səhifənin məzmunu və proqram təminatı “STEREO AGENCY” MMC şirkətinin mülkiyyəti hesab olunur və müəlliflik hüquqları ilə qorunur. Bu qayda və şərtlərin məhdud lisenziya təminatında açıq şəkildə ifadə olunanlar istisna olmaqla, yerdə qalan heç bir halda “STEREO AGENCY” MMC “MAKULATURA LİVE”  ticarət nişanları, müəlliflik hüquqları və ya digər özəl məlumatları ilə bağlı hər hansı zidd ifadə və ya nəzərdə tutulan hüquqa yol vermir.

İCAZƏ VERİLƏN İSTİFADƏ

Sizə yalnız bu veb-səhifəsindəki səhifələrə baş çəkmək, onlara baxmaq və onların nüsxəsini öz şəxsi istifadəniz üçün saxlamaq hüququ verilir və siz şəxsi istifadə məqsədi ilə tədbirlərə və reklam xarakterli məlumata baxmaqdan, və ya şəxsi istifadəniz üçün biletləri almaqdan başqa, yerdə qalan digər heç bir halda hər hansı məqsədlə veb-səhifəsindəki materialın surətini çoxalda, yükləyə, dərc edə, dəyişdirə və ya digər bir şəkildə yaya bilməzsiniz.

BİLETİN QAYTARILMASI VƏ DƏYİŞDİRİLMƏSİ

Qaytarılma və dəyişdirilmə qaydaları ilə  müvafiq bölməyə keçid edərək tanış ola bilərsiniz.